Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Səfirliyimizdə törədilmiş terror aktını İran molla rejiminin xüsusi xidmət orqanları həyata keçirib

0

  •    Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyində
    törədilmiş terror aktı İran molla rejiminin terrorçu mahiyyətini göstərməklə
    yanaşı, Azərbaycana düşmən dövlət olduğunu aşkar şəkildə təsdiq etmiş oldu. Hər
    bir dövlətin xarici dövlətdəki səfirliyi həmin dövlətin ərazisi hesab edilir və
    yerləşdiyi dövlətin hüquq-mühafizə orqanları tərəfindən qorunur. Bu 1991- ci
    ildə qəbul olunmuş Vyana Konvensiyasının tələbidir. Özünü dövlət
    adlandran hər bir beynalxalq hüququn subyekti səfirliyin mənsub olduğu
    dövlətə münasibətindən asılı olmayaraq məlum Konvensiyanı imzalamaqla bu tələbə
    əməl etməyə borcludur. İran molla rejiminin törətdiyi bu terror aktı təsdiq
    edir ki, özünü sözdə islam dövləti adlandıran bu quruluş dövlət ərkanında
    tamamilə uzaqdır. Onlar necə ki, müqəddəs dinimiz olan İslam dinini özlərinin
    çirkin niyyətlərinə alət etmişlər, eyni qaydada dövlət ərkanını da istismar
    edir, rəqiblərinə qarşı dövlətin imkanlarlndan istifadə edirlər. İran fars
    rejimini mahiyyəti heç zaman dəyişməyib, Azərbaycan
    ikiyə parçalanandan bu günə qədər xalqımıza qarşı iyrənc məhvetmə siyasəti
    aparılmış, daima Azırbaycana düşmən kəsilmiş qüvvələrlə bir səngərdə qərar tutmuşdular.
    Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza sərgilədikləri münasibət, istər
    birinci, istərsə də ikinci Qarabağ müharibəsində ermənilərin yanında olmaları
    bu farsların Azərbaycan xalqına və dövlətinə münasibətinin göstəricisidir.
    Bizim gözəl atalar sözümüz var: "Dostunu mənə göstər, deyim sən
    kimsın".

            Şuşanın ermənilər tərəfindən işğalı zamanı
    Azərbaycanın o dövrdəki rəhbəri Yaqub Məmmədovu İrana dəvət edib, Ermənistanla
    separat danşışıqlar aparan həmin İran idi. Torpaqlarımız
    işğala məruz qalanda da yaşayış məntəqələrimizi, dini və mədəni abidələrimizi
    dağıdan da həmin İran idi. İşğal altında olan torpaqlarlmızda
    kənd təsərrüfatı məhsulları, əsasən də narkotik bitkilər becərən də həmin İran
    idi. Birinci Qaravağ müharibəsində Ermənistana silah-sursat,
    yanacaq verən İran rejimi Azırbaycana humanitar yardım adı altında soxularaq,
    insanların faciəvi durumundan istifafə edərək özü üçün din pərdəsi altında casus
    şəbəkəsi hazırlamaqla məşğul idi. Dinimizin bildirdiyinə görə
    şeytan insanlara 4 tərəfdən; öndən, arxadan, soldan və sağdan yaxınlaşır. Bunlardan
    ən təhlükəlisi şeytanın insana sağdan yanaşması hesab edilir.
    Çünkü sağdan yanaşma, din pərdəsi altında yanaşmadır. İran rejiminin əməlləri
    təsdiq edir ki, bunlar əsl şeytanın hökmlərini icra edən və ya şeytanın tam kəndisidirlər.

          44 günlük Vətən müharibəsi bu şeytan
    rejiminin üzündəki
    maskasını
    cırmış oldu. Ordumuzun Zəngilan istiqamətində irəliləməsi zamanı Ordumuzun önünə
    çıxaraq əngəl olmaları, buna görə də döyüş əməliyyatının istiqamətini dəyişmək məcburiyyətində qaldığımızı, müharibə ərəfəsində və
    müharibədən
    sonra Ermənistana silah-sursat,
    yanacaq və ərzaq yardımının edilməsi, Zəngəzur dəhlizinin açılmasına israrla əngəl
    olmaları, 44
    günlük Vətən müharibəsindən
    dərhal sonra Azərbaycan sərhədi boyunca hərbi təlimlərin keçirilməsi, Təbrizdə
    Ermənistan,
    Qafanda İran səfirliklərinin
    açılnası, İran rejimini mahiyyətini göstərir.

          Yuxarıda sadaladığım faktlar
    və hadisənin videogörüntüləri
    Azərbaycanın
    İrandakı
    səfirliyində baş vermiş qanlı hadisəsini terror aktı olduğuna heç bir şübhə
    yeri qoymur. Video-görüntüdən
    də görünür ki, İran xüsusi xidmət
    orqanlarının hazırladığı və
    müxtəlif qurumların birgə icra etdiyi terror aktıdır. Məncə bu terror aktı
    İranın aşkar şəkildə bu terror aktını törətdiyini bəlli etmək
    üçün törədilib. Məqsəddə Azərbaycanla aşkar şəkildə konfrantasiyaya
    girmək üçündür. Səfirliyimizin
    mühafizə xidməti əməkdaşlarının qəhrəmanlığı sayəsində əvvəlcədən müəyyənləşdirilmiş ssenari üzrə terror aktı törədilə bilmədi. Plan məncə
    belə olmuşdur ki, səfirliyin
    bütün əməkdaşları
    məhv edilməli, səfirliyin binası isə yandırılmalı idi. İran
    rejimi bu terror aktında bir nəfəri qətlə yetirildiyindən bu terror aktının
    müxtəlif uydurmalarla özlərindən
    kənarlaşdırmaq yolunu seçdilər.

    Cənab Prezident
    İlham Əliyevin Azərbaycanın İrandakı Səfirliyində törədilmiş hadisiyə terror aktı kimi
    qiymət
    verməsi
    hadisənin İran molla rejimini tərəfindən törədildiyinə açıq mesajdır.

        Dünyanın hər hansı bir yerində
    yaşamasından, siyasi dünyagörüşündən və fəaliyyət növündən aslı olmayaraq İran
    molla rejiminin əsl mahiyyətini bilməli və mövqeyimizi açıq şəkildə ifadə etməliyik.
    Necə ki, Cənab
    Prezidentimizin ətrafında dəmir yumruğa çevrilərək tarixi torpaqlarımızı erməni işğalçılarından azad
    etdik, cənublu-şimallı bir araya gələrək fars, molla rejiminin də sonunu gətirməliyik!...

    Vahid ƏLİYEV,YAP Xocalı rayon təşkilatının sədri
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib57 dəfə
    Səfirliyimizdə törədilmiş terror aktını İran molla rejiminin xüsusi xidmət orqanları həyata keçirib

    Maraqlı gələ bilər
    0
    0
    50
    54